ABŞ 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək
ABŞ 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək
ABŞ 2025-ci ilin sonuna qədər Finlandiyada hərbi iştirakını genişləndirəcək.
Bu barədə Finlandiya Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.
İyul ayının ortalarında ABŞ-ın dəniz piyada bölməsi Finlandiyaya gəlib. Hərbçilər Uusimaa briqadasında və Sahil Mühafizəsi briqadasında yerləşdirilib və təxminən bir ay ölkədə qalacaqlar.
Bundan əlavə, Kareliya briqadasına da amerikalı hərbçilər gəlib. Onların əsas vəzifəsi Finlandiya ordusuna ABŞ hərbi texnikasının istismarı və texniki qulluq qaydalarını öyrətməkdir.
Finlandiyanın müxtəlif bölgələrində il sonuna qədər bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Növbəti mərhələlər və təlimlərlə bağlı əlavə məlumat veriləcək.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..