ABŞ-da kilsəyə hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
ABŞ-da kilsəyə hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
Miçiqan ştatında kilsəyə hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə polisin verdiyi açıqlamada bildirilir.
"Qurbanların ümumi sayı 4-ə yüksəldi. Daha əvvəl dediyimiz kimi, şübhəli şəxs də zərərsizləşdirilib. Beləliklə də bu faciəvi hadisə nəticəsində ölənlərin ümumi sayı beşdir", - məlumatda deyilir.
ABŞ-ın Miçiqan ştatının Qrand-Blank şəhərində bir kilsədə atışma olub.
Hadisə nəticəsində azı altı nəfər yaralanıb və kilsə binası da yandırılıb.
Hüquq-mühafizə orqanları bildiriblər ki, atəş açan şəxs zərərsizləşdirilib və artıq təhlükə yoxdur.
Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FBI) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları cəlb olunub.
Hadisə yerində araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..