ABŞ-da təyyarə avtomobil yoluna məcburi eniş edib: xəsarət alanlar var
ABŞ-da təyyarə avtomobil yoluna məcburi eniş edib: xəsarət alanlar var
ABŞ-ın Corciya ştatının Qeynsvill şəhərində birmühərrikli "Hawker Beechcraft BE-36" tipli təyyarə sıx hərəkətli avtomobil yoluna məcburi eniş edib və bir neçə avtomobilə ziyan dəyib.
Bu barədə "Fox5" məlumat yayıb.
Pilotun sözlərinə görə, təyyarə Qeynsvilldən qalxdıqdan sonra mühərrik sıradan çıxıb.
O bildirib ki, təlimata uyğun olaraq geri qayıtmağa cəhd edib, lakin aerodroma çata bilməyəcəyini anlayaraq yola enməyə qərar verib.
Məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları hazırda araşdırmanı davam etdirir və dəyən zərəri qiymətləndirir.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş