ABŞ döyüş gəmilərini Karib dənizi bölgəsinə göndərib
ABŞ döyüş gəmilərini Karib dənizi bölgəsinə göndərib
ABŞ prezidenti Donald Trampın narkotik kartelləri ilə mübarizə üçün Karib dənizi bölgəsinə hərbi birləşmələr göndərmək qərarından sonra bir sualtı qayıq və 7 döyüş gəmisindən ibarət dəniz qrupu bölgəyə yola düşüb.
Venesuela ilə ABŞ arasında gərginliyin artması fonunda ABŞ narkotik kartelləri ilə mübarizə aparmaq üçün Karib dənizi regionuna öz ordusunu yerləşdirir.
ABŞ dəniz qüvvələrinin Cənubi Karib hövzəsinə səfər etdiyi təsdiqlənib.
ABŞ-ın bölgəyə 7 döyüş gəmisi və bir sualtı qayıq göndərməsinin gərginliyi daha da artıra biləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Latın Amerikasındakı narkotik kartelləri ilə mübarizədə ordunun gücünün artırılması və daha səmərəli istifadə edilməsini nəzərdə tutan sərəncam imzalayıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..