ABŞ-də "Abrams" tankı ilə bağlı məlumatları Rusiyaya ötürmək istəyən hərbçi saxlanılıb
ABŞ-də "Abrams" tankı ilə bağlı məlumatları Rusiyaya ötürmək istəyən hərbçi saxlanılıb
məlumatları ötürməyə cəhd etməkdə və icazəsiz texniki məlumatların sızdırılmasında ittiham olunaraq həbs edilib.
İstintaqın ilkin nəticələrinə əsasən, Linin Rusiya kəşfiyyatçısı hesab etdiyi şəxsə məxfi məlumatları təqdim etmək müqabilində Rusiya vətəndaşlığı almaq niyyəti olub.
Ədliyyə Nazirliyi bildirir ki, iyul ayında Teylor Li Rusiya hökumətinin nümayəndəsi olduğunu düşündüyü şəxslə görüşərək ona gizli texniki məlumatlar ehtiva edən fləş-kart verib. Həmin məlumatlara çıxış səlahiyyəti olmayan hərbi qulluqçunun bu addımı atarkən qanunsuz hərəkət etdiyini bildiyi vurğulanıb.
Bundan əlavə, iyulun 31-də Li "M1A2 Abrams" tankına aid avadanlıq komponentini El-Pasoda yerləşən anbara təhvil verib və əlaqədə olduğu şəxsə "Missiya yerinə yetirildi" mesajı göndərib.
Ədliyyə Nazirliyi əlavə edib ki, irəli sürülmüş ittihamlar hələlik yalnız iddia xarakteri daşıyır:
"Bütün təqsirləndirilən şəxslər məhkəmə tərəfindən günahları sübuta yetirilməyənədək günahsız hesab olunurlar", - açıqlamada deyilir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..