ABŞ-də şatdaunun nüvə silahlarının hazırlanmasına təsiri açıqlanıb
ABŞ-də şatdaunun nüvə silahlarının hazırlanmasına təsiri açıqlanıb
ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılması (şatdaun) nəticəsində Energetika Nazirliyi Milli Nüvə Təhlükəsizliyi İdarəsinin 1 400 əməkdaşını ödənişsiz məzuniyyətə göndərməyə məcbur qalıb. Bu hal ABŞ-nin nüvə silahı istehsalı ilə bağlı hədəflərinə çatmasına mane ola bilər.
Qalan işçilər fəaliyyətlərini davam etdirirlər, halbuki ABŞ Prezidenti Donald Trampın administrasiyası idarədən modernləşdirilmiş silahların Pentaqona daha qısa müddətdə çatdırılmasını tələb edir.
Mənbələrin bildirdiyinə görə, istehsalın qısamüddətli dayandırılması belə silahların hazırlanma müddətini aylarla, hətta illərlə gecikdirə bilər. Çünki nüvə materialları ilə işin təhlükəsiz şəkildə dayandırılması olduqca mürəkkəb prosesdir. Mənbələr qeyd edirlər ki, administrasiyanın bu addımları onun milli təhlükəsizlik sahəsində irəli sürdüyü iddialı hədəflərlə ziddiyyət təşkil edir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..