ABŞ generalı Kiyevdə sərxoş oldu, yıxıldı
ABŞ generalı Kiyevdə sərxoş oldu, yıxıldı
Kiyevdə bir litr çaça (üzümdən çəkilən və alkoqol dərəcəsi yüksək olan (60 dərəcəyə yaxın) içki – red.) içən ABŞ generalı Antonio Aquto beyin silkələnməsi keçirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ukraynaya dəstəyin əlaqələndirilməsindən məsul olan general Aquto Kiyevdə səfərdə olub:
“O, şam yeməyi zamanı bir litr çaça içib. Yeməkdən sonra isə yıxılıb və başı divara dəyib. Növbəti gün üçün onun ovaxtkı ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü planlaşdırılıbmış. Generala görüşü başqa günə təxirə salmaq təklif olunsa da, Aquto bundan imtina edib və görüşə gedərkən yenidən yıxılıb. Bu dəfə onun çənəsi betona dəyib. Evə geri qayıdarkən isə Aquto qatarda bir sıra gizli xəritəni unudub”.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp