Telefon
WhatsApp
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
300 X 250 Reklam Alanı

ABŞ prezidenti Donald Tramp amerikalıların "İranla razılaşmaya çox yaxın olduğunu" bildirib və bir neçə saat sonra müharibənin "tezliklə bitməli olduğunu" əlavə edib.

Modern.az Yeni info.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Tramp bildirib ki, ABŞ və İran arasında növbəti görüş bu həftə sonu baş tuta bilər. O, iki həftəlik atəşkəsin uzadılmasını istisna etməyib, lakin əlavə edib ki, Tehran "yekun razılaşma" əldə etmək istədiyi üçün buna ehtiyac olmaya bilər.

ABŞ və İran arasında vasitəçilikdə iştirak edən Pakistan mənbəsi "pərdəarxası diplomatiyada" irəliləyiş olduğunu bildirib. Agentliyin mənbəsinə görə, iki tərəf arasında qarşıdan gələn görüş razılaşmanın imzalanmasına səbəb ola bilər.

"Reuters" xəbər verir ki, İslamabadda keçirilən danışıqlarda ABŞ İranın bütün nüvə fəaliyyətlərinin 20 illik dayandırılmasını təklif edib, lakin mənbələrə görə, Tehran cəmi 5 illik fasilədə israr edib.

Trampın sözlərinə görə, İran iyun ayında Amerikanın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yerin dərinliyində basdırılmış yüksək zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməyə razılıq verib. İran hələ ki, Trampın açıqlamasını təsdiqləməyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150