ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək
ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.
Bu barədə AFP məlumat yayıb.
Məlumata görə, Vens Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı, ABŞ-ın Dövlət katibi və ABŞ-ın İtaliyadakı səfiri də daxil olacaq.
Məlumata görə, Prezident Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişini hazırlamaq tapşırığı verib.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılışı sabah İtaliyanın Milan şəhərində keçiriləcək.
Xatırladaq ki, yanvarın sonunda Tramp Devid Vensin Ermənistan və Azərbaycana səfər edəcəyi barədə məlumat verib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı