ABŞ-ın xüsusi təyinatlı bölmələri Venesuelaya yaxın ərazilərə yerləşdirilir
ABŞ-ın xüsusi təyinatlı bölmələri Venesuelaya yaxın ərazilərə yerləşdirilir
ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər daşıyan çoxsaylı təyyarələr göndərib.
Bu barədə The Wall Street Journal nəşri amerikalı rəsmilərə və açıq uçuş məlumatlarına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar ertəsi ABŞ-ın Nyu-Meksiko ştatındakı Kannon aviabazasından Karib hövzəsinə azı 10 ədəd CV-22 Osprey tipli, dönən vintli təyyarə göndərilib.
Bu tip hava gəmiləri ABŞ Xüsusi Əməliyyat Qüvvələri tərəfindən istifadə olunur.
Bundan əlavə, Fort-Stüart və Fort-Kempbell hərbi bazalarından C-17 tipli yük təyyarələrinin Puerto-Rikoya çatdığı bildirilir. Amerikalı rəsminin sözlərinə görə, həmin təyyarələr hərbi heyət və avadanlıq daşıyıb.
Mənbə daşınan qoşunların növünü və avadanlığın dəqiq tərkibini açıqlamayıb







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf