ABŞ İranın Hörmüz planlarından illər əvvəl xəbərdar idi
ABŞ İranın Hörmüz planlarından illər əvvəl xəbərdar idi
İranın Hörmuz boğazı vasitəsilə qlobal bazarlara təzyiq ssenarisi ABŞ-da hələ on ildən çox əvvəl müzakirə olunub.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə analitik İlan Berman “Forbes” üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, təxminən on beş il əvvəl ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) səfəri zamanı o, İran məsələsi ilə məşğul olan yüksək vəzifəli bir nümayəndə ilə söhbət aparıb.
“İran dosyesi ilə yaxından məşğul olan yüksək rütbəli hərbi məmurla açıq söhbətim oldu. Hətta o vaxt belə, rejimin enerji silahı ABŞ-ın strateji düşüncəsində mühüm yer tuturdu,” – deyə Berman qeyd edib.
Ekspert həmsöhbətinin sözlərini sitat gətirərək bildirir ki, ABŞ hərbçilərinin əsas narahatlığı Hörmüz boğazının tam bağlanması yox, onun qəsdən “daraldılması” idi. Söhbət İranın minalama, hərbi təlimlər keçirmə və ya keçən gəmiləri təqib etmə kimi üsullardan istifadə edə biləcəyi ssenaridən gedir.
“Minalama, hərbi-dəniz təlimləri və tranzitlə keçən gəmilərin təqibi kimi taktikalardan istifadə etməklə Tehran neft axınını elə məhdudlaşdıra bilərdi ki, dünya bazarında qiymətlər kəskin artsın, amma eyni zamanda Vaşinqtona açıq hərbi müdaxilə üçün aydın səbəb verməsin,” – deyə müəllif vurğulayıb.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp