ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi...
ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi...
Missiyamızın əsas məqsədi hər hansı saziş imzalamaq deyil, bazarınızı öyrənmək və onun ehtiyaclarını anlamaqdır.
Bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, missiya şirkətlərə Azərbaycan biznesinin fəaliyyəti ilə tanış olmaq, həmçinin mövcud imkanlar və hökumətin planları barədə məlumat almaq imkanı yaratmaq məqsədi daşıyır.
"Qarşılıqlı fəaliyyət ikitərəfli olmalıdır. Məsələn, biz Azərbaycan Prezidenti İlham Əliyevi və nazirləri Vaşinqton və ya Nyu Yorka səfərləri zamanı Amerika şirkətlərinin nümayəndələri ilə görüşmək üçün qəbul etməyə şad olarıq. Tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə ABŞ-ın müxtəlif regionlarında Azərbaycan hökumətinin və özəl sektorunun nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil etmək niyyətindəyik", - deyə K.Çoksi qeyd edib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı