ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verəcək
ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verəcək
ABŞ Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.
Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat verib.
Məlumata görə ölkə rəsmiləri NATO ölkələrini də analoji dəstək verməyə çağırırlar.
Qəzetin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Ukraynaya əlavə kəşfiyyat məlumatı vermək icazəsi Trampın sosial şəbəkədə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytara biləcəyindən bəhs edən mesajından bir qədər əvvəl verilib.
Həmçinin bildirilir ki, Tramp administrasiyası Ukraynanı Rusiyanın daxilində daha çox hədəfə zərbə endirməyə imkan verəcək silahlarla təmin etməyi də nəzərdən keçirir.
Burada söhbət, “Tomahawk” və “Barracuda” kimi qanadlı raketlərinin çatdırılmasından gedir ki, bununla bağlı hələlik yekun qərar verilməyib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..