ABŞ tərəfindən irəli sürülən şərtlər... - Aslani
ABŞ tərəfindən irəli sürülən şərtlər... - Aslani
ABŞ-ın irəli sürdüyü 15 maddəlik təklif İran tərəfindən son dərəcə maksimalist və əsassız kimi qiymətləndirilir.
Bunu Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Abbas Aslani deyib.
“Əsas problem Vaşinqtonun tələblərinin miqyası və tonundadır. Məsələ ondadır ki, ABŞ tərəfindən irəli sürülən şərtlər maksimalist xarakter daşıyır. İran bunu Vaşinqtonda real diplomatik niyyətin olmamasının, eləcə də atəşkəsə nail olmaq istəyinin səmimi olmadığının göstəricisi kimi qiymətləndirir.
ABŞ diplomatiya və gərginliyin azaldılmasından danışsa da, addımları fərqli mənzərə yaradır. Vaşinqtonun regiona əlavə qüvvələr yerləşdirmək qərarı göstərir ki, onların hərbi baxımdan izlədikləri strategiya danışıqlardakı mövqelərinin tonu ilə uzlaşmır”, - o bildirib.
Qeyd edək ki, Tehran ABŞ-ın 15 maddəlik təklifini rədd edərək, 5 şərt irəli sürüb.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp