Telefon
WhatsApp
ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edib, lakin Ukrayna daha çox zəmanət istəyir
300 X 250 Reklam Alanı

ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edir, Ukrayna isə ən azı 30 illik zəmanət istəyir.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı bütün tərəfdaşlarla işləyir.

"Biz ümumiyyətlə bu layihəyə yaxınıq. Bu gün senatorlarla görüşdük. Dedik ki, təhlükəsizlik zəmanətlərini illərlə uzatmaq istəyirik ki, onlar investorlar üçün daha təsirli olsun. Onlara beş ildən on ilə qədər davam edən zəmanətlər lazımdır. Bu gün ABŞ tərəfindən 15 illik müddətə təklif almışıq. Biz isə 20 və daha çox, hətta 30 ildən 50 ilə qədər müddət istəyirik. Bu, administrasiyanın və Konqresin qərarından asılıdır. Görəcəyik", - Zelenski bildirib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150