ABŞ Ukraynaya “Patriot” sistemləri üçün texniki dəstəyin göstərilməsini təsdiqləyib
ABŞ Ukraynaya “Patriot” sistemləri üçün texniki dəstəyin göstərilməsini təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 179,1 milyon dollarlıq texniki xidmət və maddi-texniki dəstəyin mümkün təminatını təsdiqləyib.
Məlumatı Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi yayıb.
Qeyd olunur ki, Kiyev bundan əvvəl ABŞ-dan “Patriot” zenit-raket kompleksləri üçün ehtiyat hissələri, avadanlıqlar və texniki dəstək göstərilməsini xahiş edib.
ABŞ tərəfi məxfi və məxfi olmayan ehtiyat hissələri, proqram təminatı və yenilənmələri, sistemlərin modifikasiyası, müvafiq texniki dəstlər, həmçinin digər avadanlıqların təqdim olunmasına hazır olduğunu bildirib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..