ABŞ Ukraynaya ultimatum verib?
ABŞ Ukraynaya ultimatum verib?
"ABŞ Ukraynaya NATO-nun üzvü olaraq alacağı təhlükəsizlik zəmanətlərinə bənzər zəmanətlər təklif edir. Bu təklif Tramp administrasiyasının Ukrayna üçün irəli sürdüyü ən güclü və ən açıq təhlükəsizlik vədidir, lakin bu, örtülü ultimatum ilə gəlir: İndi qəbul edin, yoxsa növbəti versiya bu qədər səxavətli olmayacaq".
Bu fikirlər "Politico"da dərc olunmuş məqalədə yer alır.
NATO Nizamnaməsinin 5-ci maddənin müddəalarına uyğun zəmanətlər təklifi xüsusi nümayəndə Stiv Uitkoff, Trampın kürəkəni və müşaviri Cared Kuşner, Ukrayna və Avropa rəsmiləri arasında Berlindəki danışıqlar zamanı ortaya çıxıb.
Nəşr bu fikirdədir ki, Vaşinqton Kiyevi müharibəni sonlandıracaq şərtləri qəbul etməyə təzyiq göstərir.
"Ukrayna Prezidenti Volodimir Zelenski və bir çox Avropa liderləri açıq ABŞ təhlükəsizlik zəmanəti olmadan sazişə nail olmağa tərəddüd ediblər, qorxurlar ki, Rusiya, müəyyən müddət keçdikdən sonra yenidən hücum edəcək.
Bu son ABŞ təklifi həmin narahatlıqları azaltmaq, həm də Zelenskini tez hərəkət etməyə təşviq etmək cəhdi kimi görünür", - məqalədə qeyd olunur.
Həmçinin yüksəkvəzifəli ABŞ rəsmisindən belə bir sitat gətirilir:
"Bu razılaşmanın əsası çox güclü zəmanətlər, 5-ci Maddə tipli zəmanətlər verməkdir. Bu zəmanətlər həmişəlik masada olmayacaq. Onlar yaxşı nəticə əldə edildiyi təqdirdə indi masadadır".







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib