ABŞ Venesuela neftini Çinə satmağa hazırdır
ABŞ Venesuela neftini Çinə satmağa hazırdır
ABŞ hakimiyyəti Venesuelaya məxsus neftin Çinə tədarükünü təmin etməyə hazır olduğunu, lakin bunun “ədalətli bazar qiymətləri” ilə həyata keçirilməli olduğunu bəyan edib.
Bu barədə "Reuters" agentliyinə ABŞ rəsmisi məlumat verib.
Mənbə iddia edib ki, Venesuela indiyədək nefti Çinə bazar dəyərindən aşağı qiymətlərlə satıb.
Onun sözlərinə görə, ABŞ administrasiyası bu yanacağın Çinə “ədalətsiz, süni şəkildə aşağı salınmış qiymətlərlə deyil, ədalətli bazar qiyməti ilə” çatdırılmasını mümkün hesab edir.
Qeyd edilib ki, bu yanaşma beynəlxalq enerji bazarlarında şəffaflığın və ədalətli ticarət prinsiplərinin qorunmasına xidmət etməlidir.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf