ABŞ və Avropa Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat variantlarını hazırlayır
ABŞ və Avropa Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat variantlarını hazırlayır
ABŞ və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri cümə axşamı öz milli təhlükəsizlik müşavirlərinə Ukraynanın təhlükəsizliyinə zəmanət variantlarını təqdim ediblər.
Bu haqda “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Pentaqonun bəyanatına əsasən, amerikalı və avropalı planlaşdırma üzrə mütəxəssisləri müttəfiqlərin milli təhlükəsizlik üzrə müşavirləri tərəfindən müvafiq şəkildə nəzərdən keçirilməsi üçün hərbi əməliyyat variantları hazırlayıblar.
ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Britaniya və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri çərşənbə axşamından cümə axşamına kimi Vaşinqtonda bir sıra görüşlər keçiriblər.
Vəziyyətlə tanış olan mənbə bildirib ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı avropalı həmkarları ilə variantları müzakirə etmək üçün konfrans keçirib.
Mənbələrdən biri planlaşdırmanın davam etdiyini bildirib və əlavə edib ki, Vaşinqton hələ də rolunun miqyasını müəyyənləşdirir.








Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..