ABŞ və Danimarka Qrenlandiya ilə bağlı hər iki-üç həftədən bir görüş keçirəcək
ABŞ və Danimarka Qrenlandiya ilə bağlı hər iki-üç həftədən bir görüş keçirəcək
Qrenlandiya üzrə ABŞ-Danimarka birgə işçi qrupunun iclasları hər iki-üç həftədən bir keçiriləcək.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
14 yanvarda Danimarka və Qrenlandiya xarici işlər nazirləri Lars Lökke Rasmussen və Viviane Motzfeldt Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Ceyms Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüblər.
"Yaxşı görüş idi. Və həmin görüşdə tərəflər Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrupu yaratmaq barədə razılığa gəldilər. Mənə məlumat verildi ki, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək. Beləliklə, administrasiya danimarkalılar və Qrenlandiyadan olan hörmətli nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir", - Livitt deyib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf