ADB Azərbaycanın iştirak etdiyi özəl sektorun inkişafı ilə bağlı layihəni təsdiqləyib
ADB Azərbaycanın iştirak etdiyi özəl sektorun inkişafı ilə bağlı layihəni təsdiqləyib
Asiya İnkişaf Bankı (ADB) “Özəl Kapitalın Cəlb Edilməsi gösətricisinin hazırlanması və tətbiqinə dəstək” layihəsinin gerçəkləşdirilməsi üçün 2 milyon ABŞ dolları həcmində texniki yardımın göstərilməsini təsdiqləyib.
Bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, layihədə inkişaf etməkdə olan ölkələr sırasında Azərbaycan da yer alıb.
Texniki yardım Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdiriləcək və ADB üzv ölkələrində müxtəlif layihələr üzrə özəl sektorun iştirakını sistemli şəkildə ölçmək və stimullaşdırmaq üçün kompleks metodologiyanın hazırlanmasına yönəlib.
Təşəbbüs Azərbaycanla yanaşı, Mərkəzi Asiya, Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Sakit okean regionunu əhatə edir.
Layihənin əsas məqsədi ADB-nin özəl kapitalın səfərbər edilməsi üzrə analitik bazasını gücləndirmək və üzv ölkələrdə institusional potensialı artırmaqdır.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı