ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır
ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
"APA-EConomics"ə verilən məlumata görə, Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.
"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.







Oxşar -Yeniinfo.az
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?