Ağ Evin yaxınlığında güllələnən əsgərlərin vəziyyəti ağırdır - YENİLƏNİB
Ağ Evin yaxınlığında güllələnən əsgərlərin vəziyyəti ağırdır - YENİLƏNİB
“Yaralanan Milli Qvardiyanın iki əsgərinin vəziyyəti ağırdır.”
Bunu Pentaqon rəhbəri Pit Heqset bildirib.
Qərbi Virciniya qubernatoru Patrik Morrissi bundan əvvəl yaralıların xəstəxanada öldüyünü iddia etsə də, sonradan onların taleyi ilə bağlı ziddiyyətli məlumatların olduğunu açıqlayıb.
Polis şübhəlinin həbs olunduğunu açıqlayıb. Cinayət yeri mühasirəyə alınıb və federal agentlər hadisə yerinə gəliblər.
ABŞ-ın vitse-prezidenti Ceyms Vens isə Ağ Ev yaxınlığında baş vermiş hadisənin motivlərinin müəyyən edilmədiyini deyib.
"Bir neçə saat əvvəl Ağ Evdə atışma olub. Biz hələ də detalları müəyyənləşdiririk və motivi hələ də bilmirik", - Vens bildirib.
***
00:19
ABŞ Milli Qvardiyasının 2 əsgəri Ağ Evin yaxınlığında güllələnib.
Bu barədə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib.
NBC-nin məlumatına görə, hadisə Ağ Evin yaxınlığındakı parkda baş verib.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib