Ağızdan gələn xoşagəlməz qoxunun gizli səbəbləri
Ağızdan gələn xoşagəlməz qoxunun gizli səbəbləri
"Səhər saatlarında ağızdan gələn pis qoxu selikli qişanın quruluğu, daxili orqanların patologiyaları və turşu reflüksü ilə əlaqədar ola bilər".
"Infobae" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Klivlend Klinikasının stomatoloqu Denis Stepka deyib.
Mütəxəssisin sözlərinə görə, səhər qoxusunun başlıca səbəbi yuxu zamanı tüpürcək ifrazının təbii şəkildə azalmasıdır:
"Tüpürcək ağız boşluğunu təmizləyərək bakteriyaları və qida qalıqlarını yuyub aparır. Onun miqdarı azaldıqda, mikroorqanizmlər daha fəal şəkildə çoxalır və pis qoxulu birləşmələr ifraz edilir. Ağız quruluğu siqaret çəkmək, yuxuda ağızla nəfəs almaq vərdişi və bəzi dərman preparatlarının qəbulu səbəbindən daha da arta bilər. Yaş artdıqca tüpürcək ifrazı da azalır. Bundan əlavə, səhərlər yaranan xoşagəlməz qoxuya şəkərli diabet, qaraciyər və böyrək xəstəlikləri olan insanlarda daha çox rast gəlinir".
Axşam yeyilən qidalar, o cümlədən soğan, sarımsaq, qəhvə və spirtli içkilər qoxunu daha da gücləndirir. Ağız boşluğu gigiyenasının yetərsiz olması da bu məsələdə mühüm rol oynayır", - deyə həkim bildirib.
Mütəxəssis dişləri gündə azı iki dəfə, xüsusilə yatmazdan əvvəl təmizləməyi, hər gün diş sapından istifadə etməyi və selikli qişanı qurutmamaq üçün spirtsiz ağız yaxalayıcıları seçməyi tövsiyə edir. Həmçinin, üzərində çoxlu bakteriya toplandığı üçün dili təmizləmək və tüpürcək ifrazını stimullaşdırmaq məqsədilə yuxudan oyandıqdan sonra su içmək vacibdir.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı