Alimlərdən sensasion açıqlama: Bəzi heyvanlar gəncləşirlər
Alimlərdən sensasion açıqlama: Bəzi heyvanlar gəncləşirlər
Bəzi heyvan növlərinin gəncləşmək qabiliyyətinə malik olduğu üzə çıxıb. Bu canlılar arasında arılar, tarakanlar və meduzalar yer alırlar. Onlar stres altında inkişafın daha gənc mərhələsinə qayıda bilirlər.
Bu barədə Gazeta.ru-ya Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu və qocalma ilə bağlı yeni nəzəriyyənin müəllifi Pyotr Lidski bildirib.
Alimin sözlərinə görə, meduzalar stres zamanı inkişafın əvvəlki mərhələsi olan polip formasına qayıtmağa başlayırlar. Maraqlıdır ki, əlverişli şəraitdə bu canlılar həyatlarını itirirlər, lakin əlverişsiz mühitdə gəncləşmə prosesi aktivləşir. Oxşar hal meduzalara bənzər canlılar olan daraqlılarda da müşahidə olunur. Onlarda da geriyə inkişaf şəklində gəncləşmə baş verir. Bu proses arılar üzərində aparılan tədqiqatlar zamanı da qeydə alınıb.
Bildirilir ki, arı dünyaya gəldikdən sonra ilkin mərhələdə dayə funksiyasını yerinə yetirir - yumurtalara və sürfələrə qulluq edir, pətəyi təmizləyir. Daha sonra isə yem toplayan arıya - yığıcıya çevrilir. Yığıcı arı pətəkdən kənara uçaraq qida toplayır və bu mərhələdə bir neçə həftə yaşayır, bundan sonra isə ölür.
Pyotr Lidskinin sözlərinə görə, dayəlikdən yığıcılığa keçid zamanı arının sağlamlıq vəziyyətində kəskin pisləşmə müşahidə olunur. Bu zaman transkriptom (bir hüceyrənin daxilində baş verən bütün transkripsiyaların - proseslərin cəmi) dəyişir, zülalların səviyyəsi azalır, çoxlu sayda immun hüceyrəsi - hemositlər məhv olur. Bu proseslər qocalmanı xatırladır. Lakin pətəkdə fövqəladə vəziyyət yaranarsa, məsələn, bütün dayə arılar tələf olarsa, yığıcı arıların bir hissəsi yenidən pətəyə qayıdaraq onların funksiyalarını yerinə yetirməyə başlayır. Məhz bu zaman arılarda gəncləşmə prosesi baş verir - zülal ehtiyatları artır, yeni immun hüceyrələri formalaşır və onların ömür müddəti uzanır.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı