Allahşükür Paşazadə: Erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir.
Allahşükür Paşazadə: Erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir.
Erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İslam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı birgə mübarizə aparılmalıdır:
"Milli-mənəvi dəyərlər xalqımızın sərvətidir. Bunu yad təsirlərdən qorumaq lazımdır. Fransada, Danimarkada, İsverçdə və digər ölkələrdə islamofobiya geniş vüsət alıb. Eləcə də Ermənistanın işğalına məruz qalan torpaqlarımızda ən böyük faciələrdən biri də məscid və ibadət yerlərimizin məhvidir".
QMİ sədri bildirib ki, azərbaycanlıların doğma yurdlarından məqsədyönlü didərgin salınması ilə yanaşı, 300-dən artıq ibadət yerinin olduğu Qərbi Azərbaycanda İrəvan Qazılığının fəaliyyətinin dayandırılması islamofobiyanın nümunəsidir:
"Lakin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının mayın 22-də keçirilən iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul olundu".







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı