Avropa liderləri Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər
Avropa liderləri Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün sülh danışıqları Berlində “istəkli ölkələr koalisiyası”na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə davam etdirilib.
“Bild” qəzetinə istinadən xəbər verir ki, dövlət və hökumət başçıları yaydıqları birgə bəyanatda Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər.
Nəşrin əldə etdiyi sənəddə qeyd olunub ki, tərəflər müharibənin dayandırılmasına dair mümkün razılaşma kontekstində Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üçün dəstək tədbirləri təqdim etmək məqsədilə birgə fəaliyyət göstərmək niyyətlərini ifadə ediblər.
Qeyd olunub ki, bu yanaşma, digər məsələlərlə yanaşı, ABŞ tərəfindən dəstəklənən, Avropanın rəhbərliyi altında, istəkli ölkələrin töhfələrindən formalaşan və “İstəkli ölkələr koalisiyası” çərçivəsində fəaliyyət göstərəcək ‘Ukrayna üçün çoxmillətli qüvvə”ni nəzərdə tutur.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib