AZAL-ın Dubay və Ciddəyə olan iki reysi İran hava məkanının bağlı olması səbəbindən Bakıya qayıdıb
AZAL-ın Dubay və Ciddəyə olan iki reysi İran hava məkanının bağlı olması səbəbindən Bakıya qayıdıb
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
Qeyd edilib ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı