Azərbaycan Aİ ilə qlobal rəqəmsal bağlantının gücləndirilməsini müzakirə edib
Azərbaycan Aİ ilə qlobal rəqəmsal bağlantının gücləndirilməsini müzakirə edib
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında qlobal rəqəmsal bağlantının gücləndirilməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçlə keçirdiyi görüşdə baş tutub.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC) hazırlıq prosesi, qlobal rəqəmsal bağlantının gücləndirilməsi və Azərbaycan–Aİ əməkdaşlığının genişləndirilməsi istiqamətləri ətrafında müzakirələr aparılıb.
Avropa İttifaqı Azərbaycanın qlobal rəqəmsal əlaqəliliyin inkişafı və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, ölkənin bu istiqamətdə irəli sürdüyü təşəbbüslərə dəstəyini bir daha bəyan edib.
Azərbaycan isə öz növbəsində Aİ ilə rəqəmsal və nəqliyyat sahələrində qarşılıqlı faydalı tərəfdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Həmçinin WTDC çərçivəsində bu əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyi vurğulanıb.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı