Azərbaycan biznesindən erməni alüminium folqasına maraq
Azərbaycan biznesindən erməni alüminium folqasına maraq
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Azərbaycan tərəfi Ermənistanda istehsal olunan alüminium folqanın alınması ilə bağlı konkret maraq nümayiş etdirib.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfindən göndərilən sorğuda məhsulun qalınlığı, keyfiyyəti, eləcə də tədarük həcmi və müddətləri ilə bağlı dəqiq tələblər qeyd olunub.
Papoyan qeyd edib ki, erməni istehsalçı artıq qarşı tərəfə məhsulun həcmi, qiyməti və çatdırılma müddətləri ilə bağlı təklif təqdim edib.
Nazir əlavə edib ki, hazırda Azərbaycan tərəfinin cavabı gözlənilir.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı