Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək.
Tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neçə görüş baş tutub.
Dekabrın 1-də üzv dövlətlərin ticarət üzrə yüksəkvəzifəli rəsmilərinin görüşü planlaşdırılır. Həmçinin 4-cü iclasın müvəqqəti gündəliyi nəzərdən keçiriləcək, D-8 Baş katibinin və nümayəndə heyətləri rəhbərlərinin bəyanatları dinləniləcək.
Dekabrın 2-də keçiriləcək nazirlər iclasında ticarət əməkdaşlığına dair Qahirə Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, Türkiyə və Azərbaycandır. Misir ötən ildən D-8-ə sədrlik edir.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək