Azərbaycan Respublikasının səfiri etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib
Azərbaycan Respublikasının səfiri etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib
Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev avqustun 20-də etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.
Bu barədə Azərbaycanın Dominikan Respublikasındakı səfirliyi məlumat yayıb.
Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı