Azərbaycan və BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir
Azərbaycan və BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir
Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri davam edir.
Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.
Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetiriləcək.
Qeyd edilib ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.







Oxşar -Yeniinfo.az
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?
Ağdama daha 92 ailə yola salındı