Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Bu barədə Dövlət Stattistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib.
2026-cı ilin fevral ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artıb.
“Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşıb, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - Statistika Komitəsi bəyan edib.
2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı