Azərbaycanın ən böyük göllərindən biri QURUYUR: Ekoloqlar həyəcan təbili çalırlar
Azərbaycanın ən böyük göllərindən biri QURUYUR: Ekoloqlar həyəcan təbili çalırlar
Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü demək olar ki, tamamilə quruyub.
Gölün yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, illər əvvəl bu ərazi həm turizm, həm də istirahət məkanı kimi xüsusilə seçilirdi. Vaxtilə 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan göl bir neçə ildir su üzünə həsrət qalıb. Hazırda qurumuş ərazidə yabanı otlar bitməyə başlayıb.
Ekoloqların sözlərinə görə, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı, lakin son illər qlobal iqlim dəyişikliyi gölə ciddi təsir edib.
Onun sözlərinə görə, gölün əvvəlki vəziyyətinə qaytarılması istiqamətində müəyyən işlər aparılır. Hazırda su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə davam edir.
Mütəxəssislər bildirirlər ki, görülən tədbirlər uğurlu olarsa, gələcəkdə göldə minimum səviyyədə də olsa suyun geri qayıtması mümkün ola bilər.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək