Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir
Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda “Məsləhətçi görüşü” keçirilir.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy proqramının vacib hissəsi olan “Məsləhətçi görüşü”ndə cari ilin iyun ayında ölkəmizdə keçiriləcək ƏİK bölmələrinin “1-ci səviyyəli özünü qiymətləndirmə” (SEL-1) təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.
Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi ƏİK proqramına yeni bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının eləcə də bölmələrin NATO standartlarına uyarlılıq səviyyəsini yoxlamaq məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı