Bakıda “Özbəkistan” parkı salınacaq
Bakıda “Özbəkistan” parkı salınacaq
Bakıda “Özbəkistan”, Daşkənddə isə “Azərbaycan” parklarının salınması planlaşdırılır.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.
"Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda mənim yaxın dostum Şavkat Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ Şəhər ərazisində "Özbəkistan" parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri planlaşdırılır. Həmin səfər zamanı da “Azərbaycan” parkının salınacağı əraziyə baxış keçiriləcək. Bu, iki paytaxt arasında canlı mədəni körpü olacaq", - deyə o qeyd edib.







Oxşar -Yeniinfo.az
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Ukraynadan məhsul idxalını artırdı
5 ədəd badam yeyib, sonra idman et – Sirr
0Çin maşınlarına maraq niyə azalıb? - Ekspert
Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
Ağdama daha 110 ailə yola salındı