Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
Bəzən insanlar kartdan karta pul göndərən zaman səhvən başqa hesaba göndərirlər. Kartdan karta pul köçürülməsi zamanı ad soyad tələb olunmadığı üçün kimin hesabına köçürdüklərini də bilmirlər. Bu zaman problem necə həll olunur? Səhvən pul alan şəxs bu məbləği özündə saxlaya bilərmi, yoxsa qaytarmalıdır?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, bununla bağlı qanun var və bu, Mülki Məcəllədə "yersiz varlanma” adlanır:
"Bu zaman pulu səhv atan vətəndaş atdığı şəxsin kim olduğunu bilmədiyi üçün öz bankına müraciət etməlidir. Həmin bank səhv atılan şəxsin bankına müraciət edir ki, bank bununla məşğul olsun və pulu geri alsın. Pul geri qaytarıldığı zaman komissiya tutulduğu üçün onsuz da eyni məbləğ əldə edilməyəcək. Şəxs pulu qaytarmırsa və pulun ona başqa yerdən gəldiyini iddia edirsə, göndərən şəxs məhkəməyə müraciət etməlidir. Burda isə əsas problem alan şəxsin kimliyinin bank tərəfindən gizlədilməsidir. Bu vəziyyətdə həmin şəxs pulu alanın bankını məhkəməyə dəvət etməlidir. Bank məhkəməyə verildiyi təqdirdə iddia ərizəsində dəyişiklik edilir və cavabdeh kimi alan şəxsin özü məhkəməyə çağırılır. Məhkəmə alan şəxsdən pulun haradan gəldiyini əsaslandırmasını tələb edəcək. Əgər əsaslandırma edəcək dəlil yoxdursa, bu zaman pul həmin şəxsdən geri alınacaq”.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı