Belçikanın müdafiə naziri gələcəyin müharibəsinə hazırlaşmağa çağırıb
Belçikanın müdafiə naziri gələcəyin müharibəsinə hazırlaşmağa çağırıb
Belçikanın müdafiə naziri Teo Franken ölkənin gələcəyin müharibəsinə hazır olmadığını bildirib və bu istiqamətdə hazırlıqların vacibliyini vurğulayıb.
Nazir bu barədə "Libre" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Belçika pilotsuz uçuş aparatları, robotlar və süni intellektdən istifadə olunan müasir müharibə formatına hazır deyil. Franken qeyd edib ki, bu, təkcə dronlarla məhdudlaşmır.
“Bu, həm də robototexnika, məlumatların inteqrasiyası, pilotsuz sistemlər, kvant kompüterləri ilə bağlıdır. Biz gələcəyin müharibəsinə hazır olmalıyıq. Hazırda isə buna hazır deyilik”, – deyə müdafiə naziri bildirib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf