Bibiheybət yolu nə vaxt açılacaq?
Bibiheybət yolu nə vaxt açılacaq?
Bibiheybət yolu bu gün axşam saatlarında açılacaq.
Globalinfo.az Yeni info.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10–12 saatlıq gecikmə yaranıb:
“Hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işlərinin tamamlanması ilə yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq.
Agentlik tərəfindən işlər maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilir. Belə ki, ərazidə problem yarandığı müddətdə yol tam bağlanmayıb, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin edilməklə təmir işləri paralel şəkildə icra olunub. Yalnız son mərhələdə, təhlükəsizlik tələbləri və texnikanın sərbəst manevr imkanlarının təmin edilməsi məqsədilə yolda hərəkət qısamüddətli məhdudlaşdırılıb”.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxta yağan güclü yağışlar nəticəsində Bibiheybət yolunda sürüşmə təhlükəsi yaranıb.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı