"Bild": Almaniyanın demək olar ki, hər bir şəhəri iflas ərəfəsindədir
"Bild": Almaniyanın demək olar ki, hər bir şəhəri iflas ərəfəsindədir
2025-ci ilin sonuna kimi Almaniya şəhər və bələdiyyələrinin büdcə kəsirlərinin 30 milyard avroya çatacağı gözlənilir.
Bu barədə "Bild" qəzeti şəhər hakimiyyəti və bələdiyyələrin məlumatlarına istinadən məlumat yayıb.
Buna görə də büdcə kəsirləri səbəbindən Almaniyanın demək olar ki, hər bir şəhəri iflas ərəfəsindədir.
"Bürokratik jarqonda buna "struktur defisit" deyilir. Gəlirlər (məsələn, korporativ gəlir vergisi üzrə) sənaye böhranı səbəbindən azalsa da, ilk növbədə sosial ehtiyaclar üçün xərclər artmaqda davam edir", - nəşr qeyd edib.
Öz növbəsində Essen şəhərinin meri Tomas Kufen etiraf edib ki, əhəmiyyətli kəsir səbəbindən faktiki olaraq Almaniyanın hər bir şəhəri indi iflas ərəfəsindədir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib