biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib
biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib
ABŞ şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq.
Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq. ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət etdik", - o qeyd edib.







Oxşar -Yeniinfo.az
Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
Bakıda internat məktəbinin yataqxanasında yanğın
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var