"Bloomberg": Takaiçinin baş nazir olması Yapon yeninə mənfi təsir edəcək
"Bloomberg": Takaiçinin baş nazir olması Yapon yeninə mənfi təsir edəcək
Yapon yeni və uzunmüddətli dövlət istiqrazları ölkənin hakim partiyasının liderlik seçkilərində stimullaşdırma tərəfdarı olan Sanae Takaiçinin qələbəsindən sonra təzyiqə məruz qalacaq.
Bu barədə "Bloomberg"in Liberal Demokrat Partiyasının (LDP) sədri seçilən Sanae Takaiçinin ölkənin ilk qadın baş naziri olacağı təqdirdə, Yaponiya iqtisadiyyatında gözlənilən dəyişikliklərlə bağlı təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, monetar siyasətin tərəfdarı olan Takaiçinin yüksəlişi, ehtimal ki, bu ayın sonlarında Yaponiya Mərkəzi Bankının faiz dərəcələrini qaldırması ilə bağlı gözləntiləri azaldacaq.
"Takaiçinin qələbəsi yenə mənfi təsir edəcək", - məqalədə vurğulanıb.
Qeyd edək ki, Takaiçi şənbə günü LDP-nin liderlik mübarizəsində qalib gəlib. Onun bu ayın sonlarında parlamentdə keçiriləcək səsvermədə Yaponiyanın ilk qadın baş naziri olacağı gözlənilir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..