Boeing” Pentaqonun sifarişi ilə İsrail üçün 25 ədəd F-15 qırıcısı istehsal edəcək
Boeing” Pentaqonun sifarişi ilə İsrail üçün 25 ədəd F-15 qırıcısı istehsal edəcək
Pentaqon İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün “Boeing” şirkəti ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin internet saytında verilən açıqlamada deyilir.
Müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA qırıcı təyyarəsinin hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir. Müqavilədə təyyarələrin sayının 25 ədəd artırılması seçimi də var.
Pentaqon “Boeing” şirkətinin 2035-ci ilin sonuna qədər müqavilə öhdəliklərini yerinə yetirəcəyini gözləyir.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf