Boris Conson: Britaniya və müttəfiqləri Ukraynaya dərhal qeyri-döyüş bölmələri göndərməlidir
Boris Conson: Britaniya və müttəfiqləri Ukraynaya dərhal qeyri-döyüş bölmələri göndərməlidir
London və müttəfiqləri Ukraynaya dərhal qeyri-döyüş bölmələri göndərməlidir.
Bunu Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson bildirib.
Onun sözlərinə görə, bu addım Qərbin qətiyyətini nümayiş etdirə və Rusiya Prezidenti Vladimir Putinə siqnal ola bilər.
Conson potensial sülhməramlı missiya çərçivəsində qüvvələrin yerləşdirilməsi üçün müharibənin başa çatmasını gözləməyə əsas görmədiyini qeyd edib.
“Əgər biz müharibədən sonra, Putin atəşkəsə razılaşdıqdan sonra qoşun yeritmək planı hazırlaya biliriksə, bunu niyə indi etməyək?” – deyə o bildirib.
Sabiq Baş nazirin fikrincə, döyüş əməliyyatları dayandırıldıqdan sonra qüvvələrin yerləşdirilməsini nəzərdə tutan “istəklilər koalisiyası” konsepsiyası kifayət qədər qəti deyil.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş