Böyrək daşlarına qarşı təbii qorunma: Rusiyalı həkim faydalı qidaları açıqladı
Böyrək daşlarına qarşı təbii qorunma: Rusiyalı həkim faydalı qidaları açıqladı
Bəzi məhsulların müntəzəm istehlakı böyrəklərdə daşların yaranmasının qarşısını almağa kömək edir.
Bu barədə rusiyalı ümumi praktika həkimi və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" kanalında yayımlanan "Ən vacib şey haqqında" verilişinin efirində danışıb.
Həkimin sözlərinə görə, kaliumla zəngin qidalar böyrəklərdə daşların əmələ gəlməsi riskini azaldır. O bu məhsullar sırasında qabığı ilə birlikdə kartof, pomidor, quru ərik və bananın adını çəkib. Aleksandr Myasnikov həmçinin böyrək problemlərindən qorunmaq üçün portağal suyunun faydalı olduğunu vurğulayıb.
Bundan əlavə, mütəxəssis kifayət qədər su qəbul etməyin vacibliyini də xatırladıb.
"Formul sadədir: nə qədər istəyirsiniz için, əsas odur ki, gün ərzində təxminən iki litr sidik ifraz olunsun", - deyə Aleksandr Myasnikov qeyd edib.







Oxşar -Yeniinfo.az
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı
İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı
Sumqayıtda "Mersedes" aşdı: ölən var
Qatar yoluna düşərək ölən 22 yaşlı gənc imiş - araşdırma aparılır
Metroda yaranan vəziyyətlə bağlı rəsmi AÇIQLAMA
Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər