Braziliya və ABŞ prezidentlərinin görüşü planlaşdırılır
Braziliya və ABŞ prezidentlərinin görüşü planlaşdırılır
Braziliyanın xarici işlər naziri Mauro Vieyra və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda danışıqlar aparıb və prezidentlər Luiz İnasio Lula da Silva və Donald Tramp arasında ikitərəfli görüşə hazırlıq işlərinə başlamaq barədə razılığa gəliblər.
Bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Tərəflər prezident Tramp və prezident Luiz İnasio Lula da Silva arasında mümkün qədər tez bir zamanda görüş təşkil etmək üçün birgə işləmək barədə razılığa gəliblər", - bəyanatda deyilir.
Braziliya XİN-dən verilən məlumatına görə, tərəflər həmçinin yaxın vaxtlarda bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair danışıqlar aparmaq niyyətindədirlər.
Oktyabr ayında Braziliya və ABŞ liderləri arasında telefon danışığı olub, sonra onlar ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..