Braziliyada oğrunu axtaran müəllim təsadüfən meyit aparan adamın izinə düşdü
Braziliyada oğrunu axtaran müəllim təsadüfən meyit aparan adamın izinə düşdü
Braziliyanın San-Paulu şəhərindən olan və adı açıqlanmayan 39 yaşlı müəllimin başına qəribə hadisə gəlib.
"The Sun" nəşrinə istinadən xəbər verir ki, o, kamera görüntülərindən istifadə edərək velosiped oğrusunu müəyyən etməyə çalışarkən, təsadüfən alış-veriş arabasında meyit aparan şəxsi görüb.
Hüquq-mühafizə orqanlarından verilən məlumatına görə, müəllim evindən iki velosipedi oğurlayan şəxsi tutmaq üçün müşahidə kameralarından istifadə edərək nəzarət aparıb. Kişi gecəyarısı kompüter ekranının qarşısında oturarkən, qəfildən kiminsə küçədə arabanı itələdiyini görüb.
Müəllim arabanın velosiped hissələri ilə dolu olduğunu düşünüb. Lakin arabanı itələyən şəxsin qəribə davranışı onu şübhəyə salıb. Kameranı görən şəxs dərhal arabanı orada qoyaraq qaçıb. Əraziyə gələn təhsil işçisi parçaya bükülmüş qadın cəsədi ilə qarşılaşıb.
Daha sonra polis barmaq izləri vasitəsilə ölən adamın şəxsiyyətini müəyyən edib. 43 yaşlı qadının bədənində açıq-aydın xarici xəsarətlər olmayıb. Onun boğulma, zəhərlənmə, həddindən artıq dozadan və ya başqa səbəbdən öldüyünü müəyyən etmək üçün testlər təyin edilib.
Polis həmçinin cəsədi daşıyan şəxsi də müəyyən edib. Hazırda həmin şəxs axtarışdadır.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib