Bu qidalarda süddən daha çox kalsium var
Bu qidalarda süddən daha çox kalsium var
Süd uzun illər kalsiumun əsas mənbəyi kimi göstərilsə də, təbiətdə bu mineraldan qat-qat çoxunu ehtiva edən qidalar mövcuddur.
Balıqlar, yaşıl tərəvəzlər, toxumlar və bəzi süd məhsulları, sümüklərin möhkəmlənməsində süddən daha təsirli ola bilir.
Mütəxəssislərə görə, kalsium yalnız sümük və diş sağlamlığı üçün deyil, həm də əzələlərin fəaliyyəti, sinir sistemi və hormon ifrazı üçün vacibdir. Ona görə də bu mineralı müxtəlif qida mənbələrindən almaq vacib hesab olunur.
Ən zəngin mənbələr arasında sardina və hamsi (ançüez) kimi balıqlar xüsusi yer tutur. Bu balıqlar kalsiumla yanaşı, D vitamini baxımından da zəngindir. Süd məhsulları içində ən çox kalsiumu parmesan pendiri təmin edir. Həmçinin yoqurt və kefir də həm kalsium, həm də probiotiklərlə orqanizmə fayda verir.
Bitki mənşəli qidalar içində badam, hələm və brokoli önə çıxır. Küncüt və ondan hazırlanan tahin də kalsiumun gizli mənbələri hesab olunur.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı