Telefon
WhatsApp
Bu, Rusiya biznesi üçün fəlakətə çevriləcək - Ekspert
300 X 250 Reklam Alanı

Avropa Kremlə məxsus nüvə yanacağına və texnologiyalarına asılılığı daha çox və daha fəal şəkildə azaltmalıdır.

Bunu "Greenpeace Ukrayna" təşkilatının nüvə energetikası üzrə eksperti Yan Vande Putte bildirib.

O, Rusiya işçilərinin "Pakş-2" adlı atom elektrik stansiyasının tikintisi üçün Macarıstana dəvət edilməsini misal gətirib:

“Avropa Komissiyası bunu təsdiqləyir. Almaniya isə görünür, “Siemens” şirkətinə bu layihədə iştirak üçün lisenziya verəcək. Əgər indi siyasi impuls varsa, biz bu əlaqələri qırmalı və Macarıstanın bu günkindən də çox Kremlin siyasi orbitinə düşməməsinə əmin olmalıyıq”, – deyə Putte bildirib.

Mütəxəssis etiraf edib ki, Kremlin mövqelərini zəiflətmək çətin olacaq, çünki bu gün Rusiya dünyanın əsas nüvə texnologiyaları ixracatçısıdır:

“Onların dünyadakı, xüsusilə də qlobal cənub ölkələrindəki imici çox yüksəkdir. Əgər onlar Ukraynada nüvə fəlakəti yaratsalar və bu, onların məsuliyyəti kimi qəbul olunsa, bu, “Rosatom”un dünya bazarındakı biznesi üçün fəlakətə çevriləcək”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150